Pəncərə açılma məhdudlayıcısı (daraq)
Daraq tipli pəncərə məhdudlayıcısı pəncərə qanadını bir neçə pillədə (adətən 4 vəziyyətdə) qismən açıq vəziyyətdə saxlayır. Otaq rahat havalanır, pəncərə isə küləkdən çırpılıb şüşəsi sınmır — bu, məhdudlayıcının həll etdiyi ən çox yayılmış problemdir.
Eyni zamanda sadə təhlükəsizlik funksiyası daşıyır: pəncərə darağa taxılı olduqda geniş açıla bilmir, bu da uşaq və ev heyvanları üçün riski azaldır.
Quraşdırılması çox sadədir — qol altına bir dayaq, çərçivəyə bir daraq vintlənir; plastik və alüminium pəncərələrin əksəriyyətinə uyğundur. İstəsəniz ustalarımız Bakı daxilində digər işlərlə birlikdə yerində quraşdırar.