Qapı petləsi (dəmir menteşə, SVS)
Qapı petləsi — xalq arasında menteşə də deyilir — qapını çərçivəyə birləşdirən və açıb-bağlanmasını təmin edən əsas hissədir. Bu model deşiyə vintlənən (burğulanan) tipdir: ştift birbaşa qapı və çərçivənin torsuna bərkidilir, buna görə metal, taxta və plastik qapıların əksəriyyətinə uyğundur.
Petlə cırıldayırsa, qapı əyilib yerə sürtünürsə, künc düşübsə və ya menteşə boşalıbsa — dəyişdirilməsi vaxtıdır. Sinklənmiş polad gövdə paslanmır və qapının ağırlığını illərlə saxlayır. Adətən bir qapıya 2–3 ədəd petlə taxılır.
Düzgün diametr və ölçünü seçmək üçün köhnə petlənin fotosunu və ya diametrini bildirməyiniz kifayətdir. Ustalarımız Bakı daxilində köhnə menteşəni söküb yenisini quraşdırır, qapının səviyyəsini tənzimləyir — nəticədə qapı yenidən hamar və səssiz açılır.