Sürgülü pəncərə setkası
Sürgülü pəncərə setkası rels üzərində yana sürüşür — açıb-bağlamaq üçün pəncərəni çıxarmağa ehtiyac yoxdur. Bu, xüsusilə sürgülü (kupe) və alüminium pəncərələr, eləcə də eyvan şüşələmələri üçün ən uyğun setka növüdür: pəncərə hansı tərəfə açılırsa, setka da o istiqamətdə hərəkət edir.
Möhkəm alüminium profil və keyfiyyətli rels mexanizmi setkanın illərlə asan, ilişməZ sürüşməsini təmin edir. Sıx fiberglas tor ağcaqanad, milçək və həşəratları içəri buraxmır, hava axınını isə kəsmir.
Sürgülü setka həmişə ölçüyə görə hazırlanır — ustalarımız Bakı daxilində gəlib dəqiq ölçü götürür, hazırlayır və rels sistemi ilə birlikdə yerində quraşdırır. Uyğunluğu əvvəlcədən dəqiqləşdirmək üçün pəncərənizin fotosunu göndərə bilərsiniz.