Pəncərə təmiri (usta çağırışı)
Pəncərəniz bərk açılıb-bağlanır, künclərdən üşüdür və ya qanad sallanıb çərçivəyə sürtünür? Bu problemlərin böyük hissəsi pəncərəni dəyişmədən, düzgün təmir və tənzimləmə ilə həll olunur. BPT ustaları Bakı daxilində plastik (PVC) və alüminium pəncərələrin təmirini və servisini yerində həyata keçirir.
Gördüyümüz işlər üç əsas istiqamətdədir. Furnitura mexanizmlərinin yağlanması — hərəkət edən hissələr yağlandıqda pəncərə yüngül və səssiz açılır, mexanizm sürtünmədən qorunub daha uzun ömür sürür. Açılan qanadın daha kip bağlanmasının tənzimlənməsi — qanad çərçivəyə tam oturur, beləliklə üşütmə, hava, toz və küçə səsinin keçməsi aradan qalxır. Diaqonalın düzəldilməsi — zamanla sallanıb əyilən qanad yenidən düz oturdulur, çərçivəyə sürtünmə və ilişmə problemi həll olunur.
Bu qiymət usta çağırışı üçün başlanğıc qiymətdir; dəqiq məbləğ pəncərənin vəziyyətinə görə usta yerində baxandan sonra bildirilir və əvvəlcədən razılaşdırılır. Sifariş üçün pəncərənin problemini yazın və ya foto göndərin — ustamız Bakı daxilində sizinlə əlaqə saxlayıb vaxt təyin etsin.