Qapı təmiri (usta çağırışı)
Balkon və ya giriş qapınız bərk açılıb-bağlanır, kip bağlanmır və ya aşağı düşüb yerə sürtünür? Bu problemlərin böyük hissəsi qapını dəyişmədən, düzgün təmir və tənzimləmə ilə həll olunur. BPT ustaları Bakı daxilində plastik (PVC) və alüminium qapıların təmirini və servisini yerində görür.
Gördüyümüz işlər üç əsas istiqamətdədir. Furnitura mexanizmlərinin yağlanması — hərəkət edən hissələr yağlandıqda qapı yüngül və səssiz açılır, mexanizm sürtünmədən qorunub daha uzun ömür sürür. Açılan qanadın daha kip bağlanmasının tənzimlənməsi — qanad çərçivəyə tam oturur, beləliklə üşütmə, hava, toz və küçə səsinin keçməsi aradan qalxır. Diaqonalın düzəldilməsi — zamanla aşağı düşüb əyilən qanad yenidən düz oturdulur, yerə və çərçivəyə sürtünmə aradan qaldırılır.
Bu qiymət usta çağırışı üçün başlanğıc qiymətdir; dəqiq məbləğ qapının vəziyyətinə görə usta yerində baxandan sonra bildirilir və əvvəlcədən razılaşdırılır. Sifariş üçün qapının problemini yazın və ya foto göndərin — ustamız Bakı daxilində sizinlə əlaqə saxlayıb vaxt təyin etsin.